Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yenidən rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Donald Tramp danışıqlar üçün son tarixinin olmadığını bildirib: “Mənim son tarixim müharibə bitənə kimidir. Bizim başqa son tariximiz yoxdur”.























































