Tramp Yaxın Şərq Sülh Sammitində Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən danışıb

Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.

O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb. “Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, – deyə Tramp əlavə edib.

ƏvvəlkiƏs-Sisi: Prezident Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik
NövbətiBakıda Azərbaycan-İran əməkdaşlığının aktual məsələləri müzakirə olunub