Tramp xüsusi elçisi ilə Putin arasında görüşün yüksək məhsuldar keçdiyini açıqlayıb

Mənim xüsusi elçim Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə yüksək məhsuldar görüşü olub.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, böyük irəliləyişin əldə edildiyini bildirib.

“Daha sonra mən bəzi avropalı müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə sona çatmalıdır. Biz qarşıdakı günlərdə və həftələrdə bunun üçün çalışacağıq”,-deyə Tramp əlavə edib.

Əvvəlki”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb