Tramp sosial mediasında Azərbaycan və Ermənistanla bağlı 20-dən çox paylaşım edib

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib.

AZƏRTAC-ın məlumatına görə, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib.

Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.

ƏvvəlkiAzərbaycan və Özbəkistanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Növbətiİsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik edib