Tramp: Si Cinpinlə “TikTok” razılaşmasının təsdiqi ilə bağlı irəliləyiş əldə etdik

ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Trump “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, tərəflər ticarət, Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq zərurəti və “TikTok” razılaşmasının təsdiqi kimi bir çox vacib məsələlərdə irəliləyiş əldə ediblər.

“Çox yaxşı danışıq idi. Biz yenidən telefonla danışacağıq. “TikTok” razılaşmasının təsdiqini yüksək qiymətləndiririk”, – deyə Tramp əlavə edib.

ƏvvəlkiDövlət Mükafatları Komissiyası 2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir
NövbətiEldəniz Əzizli dünya çempionatında 7-ci medalını qazanıb və yeni rekordçu olub