Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığı zamanı onu Vaşinqtona səfərə dəvət edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth” sosial şəbəkəsində müvafiq paylaşım edib.

“Söhbətimiz zamanı Prezident Si Cinpin məni və birinci xanımı lütfkarlıqla Çinə səfərə dəvət etdi və mən də buna cavab verdim” deyən Tramp hər iki ölkənin liderlərinin bunu səbirsizliklə gözlədiklərini qeyd edib.

ƏvvəlkiMask-Tramp qarşıdurması fonunda “Tesla” səhmləri 10 % ucuzlaşıb
NövbətiOrta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub