ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinə telefonla qısa müsahibə verib və Venesueladakı əməliyyatın uğurlu olduğunu bir daha bəyan edib.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Tramp Konqresdən əməliyyat üçün icazə almağa çalışıb-çalışmadığı və Venesuelanı nə gözlədiyi barədə suallara cavabında Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında bu mövzulara toxunacağını söyləyib.
NYT adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, Venesueladakı əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki yoxdur. Mənbə Venesuela tərəfindən itkilərin olma ehtimalı barədə danışmaqdan imtina edib.



















































