Tramp iyunda NATO sammitində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, – diplomat deyib.

Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.

ƏvvəlkiADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin edib
NövbətiRomada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib