Tramp İrana qarşı növbəti hücumu dəstəkləyə biləcəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp İranın ballistik raket proqramını yenidən qurmağa çalışacağı təqdirdə, ona qarşı başqa bir zərbəni dəstəkləyəcəyini bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı jurnalistlərin suallarına cavabında deyib.

“Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər belədirsə, biz onları məhv etməli olacağıq”, – deyə Tramp bildirib.

O, İrana ABŞ ilə razılaşma əldə etməyi məsləhət görüb.

ƏvvəlkiTramp Putinlə telefonla danışıb
NövbətiLeyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər