ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.
Tom Barak, həmçinin bildirib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
























































