Tramp: ABŞ Suriyada zəhmət və qətiyyətlə əldə edilən nəticələrdən çox məmnundur

ABŞ Suriyada zəhmət və qətiyyətlə əldə edilən nəticələrdən çox məmnundur.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, ABŞ Suriya hökumətinin çiçəklənən bir ölkə qurmaq üçün gördüyü işin davamlı olmasını təmin etmək üçün əlindən gələni edir.

“Onlara çox kömək edən addımlardan biri də çox güclü və sərt sanksiyaların ləğvi oldu. İsrailin Suriya ilə güclü və həqiqi dialoq aparması və Suriyanın çiçəklənən bir dövlətə çevrilməsinin qarşısını alacaq hansısa halın baş verməməsi çox vacibdir. Suriyanın yeni Prezidenti Əhməd əl-Şaraa yaxşı hadisələrin baş verməsi və həm Suriya, həm də İsrailin birlikdə uzun və perspektivli münasibətləri olması üçün səylə çalışır. Bu, tarixi bir fürsətdir”, – deyə Tramp qeyd edib.

ƏvvəlkiVolodimir Zelenski: Ukrayna ilə ABŞ arasında aparılan danışıqlardan sonra sülh planı daha yaxşı görünür
NövbətiOtuz iki ildən sonra Horovluda məktəb 103 şagirdlə fəaliyyətə başlayıb