ABŞ Ukraynanı böyük miqdarda silahla təmin etmək niyyətindədir və Avropa onun pulunu ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp Ağ evdə keçirilən tədbirdə deyib.
“Biz NATO-ya böyük miqdarda silah ötürəcəyik. Onlar Ukraynaya silah tədarük edəcək və silahların pulunu 100% ödəyəcəklər”, – deyə ABŞ lideri bildirib.