TRACECA-nın Azərbaycan hissəsində 39,6 milyon ton yük daşınıb

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39,6 milyon ton, yük dövriyyəsi isə 9 milyard 591,5 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 21 milyon 606,6 min tonu və ya 54,5 faizi avtomobil nəqliyyatı, 13 milyon 462,8 min tonu və ya 34 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 558 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 8 milyon 826,3 min tonunu tranzit yüklər təşkil edib.