Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb

Bu gün saat 16:56 radələrində 28 nəfər (13-ü kişi, 15-i qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

“Report”un Qərb bürosu xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.

ƏvvəlkiXaçmazda fizika fənnini tədris edən ana və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb
NövbətiSilahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü təşkil olunub