“Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən (ü/s 284.40 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 60 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası). Tel: 050/055-206-66-67.