“Telegram”ın işində nasazlıq yaranıb

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

İstifadəçilərin 43%-i proqramdakı, 19%-i serverə qoşulma, digər 38%-i mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətləniblər.

Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Niderland və digər ölkələrdən olan istifadəçilərdən gəlir.

ƏvvəlkiTürkiyədə “omikron” ştammına 42 yoluxma halı aşkarlanıb
NövbətiKanadada 55 dərəcə şaxta gözlənilir