Teledərslərin bu günə olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının bu günə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiƏlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar
NövbətiMoskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə Qara Qarayevin “Yeddi gözəl” baletinin növbəti nümayişi olacaq