Tehran Səudiyyə Ərəbistanına hücuma hazırlıqla bağlı məlumatlara münasibət bildirib

İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Nasir Kənani danışıb.

“İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək”, – N.Kənani qeyd edib.

Xatırladaq ki, daha öncə “Reuters” Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır, lazım gələrsə, cavab verməyə hazırdır. Eyni zamanda bildirilib ki, ABŞ hərbi və kəşfiyyat kanalları vasitəsilə daim krallıqla əlaqə saxlayır.

ƏvvəlkiSerbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 51 yoluxma faktı qeydə alınıb