TƏBİB Sumqayıtda xəstəxananın həyətində aşkarlanan döl barədə açıqlama yayıb

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə “Report”un yerli bürosuna TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

ƏvvəlkiÜzüm və Şərab Festivalının ikinci günü
NövbətiCeyhun Bayramov: Qətərə edilən son hava hücumu dərin narahatlıq doğurur