TBMM Şuşa Bəyannaməsini təsdiq edəcək

Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi təsdiq olunmaq üçün Türkiyə Böyük Millət Məclisinin Sədrliyinə çatdırılıb.

“Report” xəbər verir ki, sənəd təsdiq olunması üçün TBMM-in Xarici Əlaqələr Komitəsinə göndərilib.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiq edib.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanıb.