Tbilisinin mərkəzində müxalifət yürüş-mitinq keçirir

Gürcüstan paytaxtı Tbilisidə müxalifət etiraz aksiyası keçirir.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları “Respublika” meydanından Rustaveli prospektinə doğru yürüş edirlər.

Əllərində ABŞ, Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyan aksiya iştirakçıları “Sona qədər, Qələbəyə qədər!” plakatı açıb və eyniadlı şüar səsləndirirlər.

Yürüş iştirakçıları 333 gündür etirazların davam etdiyi Gürcüstan parlamentinin binasının qaşısına toplaşırlar.

Onlar yeni parlament seçkilərinin təyin edilməsini və aksiyalar zamanı saxlanılanların hamısının azad edilməsini tələb edirlər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl keçirilmiş etiraz aksiyaları zamanı qanunla müəyyən olunmuş qaydaların kobud şəkildə pozulmasına görə həbsləri davam etdirir. Nazirliyin yaydığı məlumatda bildirilir ki, son üç gündə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mitinq və nümayişlərin keçirilməsi qaydalarını pozduqlarına görə 60 nəfər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq mitinq iştirakçısı saxlanılıb.

Nazirlik yenə də, vətəndaşlara müraciət edərək, onları asayişi pozmamağa dəvət edib.

ƏvvəlkiBritaniyanın Baş naziri Türkiyəyə səfər edəcək
NövbətiSumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb