Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi gözəllik verib.

Televiziya qülləsinin və körpünün işıqlandırılması prosesini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər, eləcə də şəhərin sakinləri və qonaqları maraqla izləyiblər.

ƏvvəlkiAzərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar
NövbətiLaçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib