Tbilisidəki Azərbaycan teatrının bədii rəhbəri işdən çıxıb

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri Varlam Nikoladze işdən çıxıb.

Türk.az xəbər verir ki, V.Nikoladze səhhəti ilə əlaqadər vəzifəsindən azad olunması barədə ərizə yazıb.

O, ərizəsini Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim edib.

Hazırda teatrın fəaliyyəti dayandırılıb, məşqlərə fasilə verilib.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində V.Nikoladzenin ərizəsinə baxılır. Teatra kimin bədii rəhbər təyin olunacağı hələ məlum deyil.

Qeyd edək ki, 76 yaşlı V.Nikoladze 2016-cı ildə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrına bədii rəhbər təyin olunub. Bu yaxınlarda yerli mediada teatrda pul yeyintisinə yol verilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlara əsasən, Dövlət Audit Bürosu tərəfindən teatrda yoxlama aparılması planlaşdırılıb.

Əvvəlki3e94850c-9b2e-481a-a5dc-08b4fe810e00
Növbətiisecurity