Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub

Tbilisidə iyunun 20 və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi məlumat yayıb.

Qeyd edək ki, 20-21 iyunda Tbilisidə Rustaveli prospektində aksiya zamanı inzibati qanun pozuntularına görə 240-a yaxın şəxs saxlanılıb.

Əvvəlkiİran uranın zənginləşdirilməsini sürətləndirəcək
NövbətiFövqəladə Hallar naziri vətəndaşlara müraciət edib