Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.

Tbilisidə ən hündür parkda – Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.