Tbilisidə onlarla aksiyaçı saxlanılıb, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

    Tbilisidə parlament binası ətrafında ötən gün saat 19:00-dan etibarən keçirilən aksiyanın dağıdılması zamanı 28 nəfər saxlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Saxlanılan şəxslər polisə tabe olmamaq və xırda xuliqanlıqda ittiham olunurlar.

    Məlumata əsasən, aksiyanın dağıdılması zamanı üç nəfər xəsarət alıb ki, onlar da müvafiq tibbi yardım ilə təmin olunublar.

    Xüsusi təyinatlılar aksiyanı saat 5:12-də su şırnağı maşınının tətbiqi ilə dağıtmağa başlayıb. Parlament binasına girişlər etirazçılardan təmizlənib.