Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib.

Məlumat verildiyi kimi,Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su hovuzundan  də istifadə olunub.

Əvvəlki“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə yeni icraçı direktor seçilib
NövbətiÇimnaz alt paltarı geyinmədi — VİDEOSU YAYILIB