Tacikistan-Qırğızıstan sərhədində atışma gedir

Bir qədər əvvəl Tacikistan və Qırğızıstan sərhədində hərbi bölmələr arasında atışma başlayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, tərəflərin hərbi bölmələri bir-birinə atəş açırlar. İlkin məlumata görə, tacik tərəfi mövqelərində minomyotlar quraşdırır.

Bundan başqa, Qırğızıstan sərhəd xidməti Tacikistan sərhədçilərini mülki əhalini qanlı hərəkətlərə təhrik etməkdə təqsirləndirib və mümkün tələfat hallarının məsuliyyətini onların üzərinə qoyub.