Tərcümə Mərkəzi “Dünyanın hörümçək toru”nun onlayn versiyasını hazırlayıb

Azərbaycan RespublikasıNazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan “Dünyanın hörümçək toru” (Tomas Vulf) kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin “Parkda”, “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.