Təhsil nazirinə yeni müavin təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin aparat rəhbəri Muxtar Məmmədov təhsil nazirinin müavini təyin olunub.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün təhisil naziri Emin Əmrullayev yeni nazir müavininə nazirliyin kollektivi ilə birgə uğurlar arzulayıb.