Şüvəlanda dənizdə batan şəxsin kimliyi məlum olub

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.