SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,yenidənqurma işləri ilə əlaqədar olaraq 22 avqust 2019-cu il səhər
saat 08:00-dan etibarən bəzi keçiddən avtomobillərin
hərəkəti dayandırılacaq.

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda
aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq,
təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev
küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə – 13-cü
kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni
səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.
Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər
saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin
hərəkəti dayandırılacaq.
Yeni tunelin inşası başa çatana qədər avtomobil
sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş
olunur.

 

ƏvvəlkiYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edir
NövbətiAzərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub