Suriyada 277 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.

Türk.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb.