Suriya səfiri Rusiyadan sığınacaq istəyib

Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Suriya səfiri Rusiyadan sığınacaq istəyib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.

Daha əvvəl Cəfərinin Dəməşqə geri çağırıldığı və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi ilə bağlı məlumatlandırıldığı məlum olmuşdu.

ƏvvəlkiÇeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var
NövbətiBakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilib