Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

Qeyd edək ki, idarəetmədən çıxan “Mercedes” markalı minik avtomobili divara çırpılıb. Nəticədə 6 yeniyetmə xəsarət alıb.

ƏvvəlkiTbilisinin mərkəzində müxalifət yürüş-mitinq keçirir
NövbətiPKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb