Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.

Türk.az-ın məlumatına görə, kütləvi dav zamanı iki nəfər – 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.