Sumqayıtda hospitalizasiya olunan yanğınsöndürənin həyatı üçün təhlükə yoxdur

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.

Bu barədə “Report”a TƏBİB-dən bildirilib.

Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.