Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb.

Türk.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan, 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.