Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub

Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Vüsal Cəbrayılovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiDövlət başçıları Prezident İlham Əliyevi təbrik edib
NövbətiSəudiyyə Ərəbistanının vəliəhdi Azərbaycan Prezidentini təbrik edib