Summativ qiymətləndirmənin təşkili zamanı müxtəlif elektron tətbiqlərdən istifadə oluna bilər

Distant formada summativ qiymətləndirmənin təşkili zamanı “Microsoft Teams” ilə yanaşı, “Zoom”, “WhatsApp”, “Skype” və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları ilə bağlı onlayn müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Xatırladaq ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.