Şri-Lanka prezidenti etirazlar fonunda istefa verəcək

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iyulun 13-də istefa verəcək.

Trend-in məlumatına görə, bu barədə yerli “Ada Derana” internet nəşri bildirib.

Qeyd edək ki, bundan əvvəl Şri-Lankanın partiya liderləri fövqəladə iclasda qərara gəliblər ki, siyasi böhran fonunda parlament sədri müvəqqəti olaraq prezident vəzifəsinə keçməlidir.