Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə iyunun 28-də İmişli rayonunda, Gənclər Mərkəzində “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu və radikal dini cərəyanların bu inkişafa neqativ təsiri mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirdi. Əsasən gənclərin və yeniyetmələrin iştirak etdiyi Dəyirmi Masqanı açıq elan edən STD sədri və layihə rəhbəri Qasım Həsənov layihəni maliyyələşdirdiyi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasına, prezident Admnistrasiyasına, o cümlədən İmişli rayon İcra hakimiyyətinə təşəkkür etdi. Layihə rəhbəri “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu və radikal dini cərəyanların bu inkişafa neqativ təsiri mövzusunda tədbirlərin keçirilməsi” layihəsinin müasir dövrdə olduqca aktual mövzu olduğunu DM iştirakçılarının nəzərinə çatdırdı. Sonra söz layihənin eksperti Yasin Əliyevə verildi. Ekspert DM iştirakçıları qarşısında “Radikal dini cərəyanlarla mübarizə metodları” “Radikal dini cərəyanların gənclərə təsir imkanları” mözularında geniş çıxış etdi. O çıxışı zamanı bildirdi ki, radikal dini cərəyanlarla mübarizəyə dövlətin aidiyyatı qurumları ilə paralel xalqda səfərbər olmalıdır. Xalqın səfərbərliyi bu cərəyanların yaranışına ən ciddi maneədir. Y.Əliyev radikal dini cərəyanların gənclərə təsir imkanlarından birinində onları müxtəlif vasitələrlə şirnikləndirmək olduğunu qeyd etdi. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin nümayəndələridə iştirak edirdi. Sonra çay fasiləsi oldu. Fasilədən sonra mövzular ətrafında müzakirələr keçirildi. Ekspert suallara ətraflı cavablar verdi. DM iştirakçılarından Tamerlan Şirinzadə radikal dini cərəyan nümayəndələri ilə mübarizə metodlarının formaları haqqında çıxış etdi. Müzakirələrdən sonra DM fəaliyyətini başa vurdu.
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirdi

ƏvvəlkiBakıda iki nəfəri güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib
NövbətiBakıda universitetdə yanğın baş verib