Son sutkada Pakistanda koronavirusdan 75 xəstə ölüb

Son sutkada Pakistanda COVID-19 virusundan 75 xəstə ölüb, vəfat edənlərin sayı 5058 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saat ərzində virusa 2 min 751 nəfər yoluxub və pandemiya dövründə yoluxanların ümumi sayı 243 min 599 nəfərdir.

Ölkənin xəstəxanalarında 89 min 449 nəfər müalicə alır, 2 min 375 xəstənin vəziyyəti ağırdır.