Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2062 nəfər sağalıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 842 yoluxma faktı qeydə alınıb, 2062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 min 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 min 144 nəfər müalicə olunaraq sağalıb, 6 min 513 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 471 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 668, bu günə qədər isə ümumilikdə 4 milyon 849 min 531 test icra olunub.