Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1816 nəfər sağalıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 689 yoluxma faktı qeydə alınıb, 1816 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 min 738 nəfər müalicə olunaraq sağalıb, 6 min 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 310 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 558, bu günə qədər isə ümumilikdə 4 milyon 868 min 573 test icra olunub.