Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2064 yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 min 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 min 25 nəfər müalicə olunaraq sağalıb, 6 min 195 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 min 170 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 972, bu günə qədər isə ümumilikdə 4 milyon 690 min 82 test icra olunub.