Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1772 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1772 yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 591 min 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 min 819 nəfər müalicə olunaraq sağalıb, 7 min 905 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 161 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 341, bu günə qədər isə ümumilikdə 5 milyon 565 min 190 test icra olunub.