Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1703 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1703 yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 min 999 nəfər müalicə olunaraq sağalıb, 7 min 929 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 660 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 211, bu günə qədər isə ümumilikdə 5 milyon 578 min 401 test icra olunub.