Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 524 nəfər müalicə olunaraq sağalıb, 9 min 987 nəfər vəfat edib. Aktiv xəstə sayı 368 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 milyon 395 min 267 test icra olunub.