Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 825 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 825 yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 min 494 nəfər müalicə olunaraq sağalıb, 7 min 657 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 648 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 199, bu günə qədər isə ümumilikdə 5 milyon 449 min 379 test icra olunub.